Bakı. Trend:
Məşhur avstriyalı paraşütçü Feliks Baumqartner İtaliyadaparaplan qəzası nəticəsində dünyasını dəyişib.
Trend xəbər verirki, bu barədə məlumatı “La Repubblica” nəşri yayıb.
Hadisə zamanı Baumqartner paraplan üzərində nəzarəti itirərəkhovuzun üzərinə düşüb və orada bir qadınla toqquşub. Qadın xəsarətalsa da, həyatı üçün təhlükə yoxdur. Baumqartner isə yıxıldıqdansonra huşunu itirib və daha sonra ürəyi dayanıb.
56 yaşında olan idmançı 2012-ci ildə heliumla doldurulmuş havaşarına bağlanmış xüsusi kapsuldan təxminən 39 kilometr yüksəklikdəntullanması ilə dünya şöhrəti qazanmışdı.
Baumqartner ekstremal idman növləri ilə məşğul olan və rekordlarqıran məşhur idmançı kimi tanınırdı.