İngiltərənin “Arsenal” klubu “Liverpul”un kanadalı futbolçusu Oliviya Smiti 1 milyon funt-sterlinqə transfer edib.
“Qafqazinfo” xəbər verir ki, bununla da qadın futbolunda transfer rekordu qeydə alınıb.
20 yaşlı hücumçu ilə 4 illik müqavilə bağlanıb.
Peşəkar karyerasına 2023-cü ildə başlayan Oliviya ötən il “Sportinq”dən “Liverpul”a 200 min funt-sterlinqə keçmişdi.
Əvvəlki rekord bu ilin yanvarında qeydə alınıb. Həmin vaxt “Çelsi” “San-Dieqo Veyv”dən amerikalı müdafiəçi Naomi Qirmanını 900 min funt-sterlinqə transfer edib.