AZ

Əli Həsənovla Səttar Möhbalıyevin qudalığı bitdi

Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovla Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş sədri, deputat Səttar Möhbalıyevin qudalığı başa çatıb.

Viral.az gununsesi.info-ya istinadən xəbər verir ki, deputatın oğlu İsfəndiyar Möhbalıyevlə Əli Həsənovun qızı Səfiyə Möhbalıyeva boşanıb.

Onlar 2008-ci ildə ailə qurub, birgə nikahdan 11 və 16 yaşlı iki övladları var.

Son Yazılar:

Məlumata görə, İsfəndiyar Möhbalıyev boşanmaq üçün Nəsimi Rayon Məhkəməsinə ərizə verib. 

“Qarşılıqlı razılaşma ilə uşaqların hər ikisi anada qalıb. Buna baxmayaraq, ana uşaqlar üçün alimentdən də imtina edib” – deyə məlumatda bildirilir.

Qeyd edək ki, İsfəndiyar Möhbalıyev əvvəllər daxili işlər orqanlarında çalışıb. O, Bakının Yasamal, Xəzər, Qaradağ rayonlarının polis rəisi və başqa vəzifələrdə çalışıb. 2021-ci ildə isə daxili işlər orqanlarından xaric olunub. 

Seçilən
11
20
viral.az

10Mənbələr