AZ

“Çelsi” Premyer Liqanın favoritidir, ÇL-da da sözünü deyəcək”

İtaliyanın sabiq hücumçusu, “İnter”in və millinin keçmiş futbolçusu Kristian Vyeri “Çelsi”nin 2025/26 mövsümündə İngiltərə Premyer Liqasındakı şanslarını dəyərləndirib.

90deqiqe.Az xəbər verir ki, tanınmış futbol veteranı “La Gazzetta dello Sport”a açıqlamasında London klubunun baş məşqçisi Enso Mareskanın komanda üzərindəki təsirini xüsusi vurğulayıb:

“Mareska uzun illər Qvardiolanın yanında çalışıb və bu, onun futbol baxışlarında aydın hiss olunur. O, yalnız yüksək pressinqə güvənmir – topa nəzarət, təşkilatlanmış oyun və oyunçuların sürəti ilə də fərqlənir. Düşünürəm ki, gələn mövsüm “Çelsi” Premyer Liqanı qazanacaq və Çempionlar Liqasında da ciddi mübarizə aparacaq”.

Xatırladaq ki, ötən mövsüm “Çelsi” həm Klublararası Dünya Çempionatının, həm də Konfrans Liqasının qalibi olub. Komanda finalda müvafiq olaraq “PSJ” və digər rəqiblərini məğlub edib.

Seçilən
16
90deqiqe.az

1Mənbələr