AZ

"Yuventus" Vlahoviçin transfer qiymətini açıqlayıb

İtaliyanın “Yuventus” klubu hücumçusu Duşan Vlahoviçin transfer qiymətini müəyyənləşdirib.

90deqiqe.Az-ın "Calciomercato"ya istinadən yaydığı xəbərə görə, Turin təmsilçisi serbiyalı forvardı yalnız minimum 25 milyon avroya satmağa razıdır.

Vlahoviçlə maraqlanan əsas klublardan biri “Milan”dır. “Rossoneri”nin baş məşqçisi Massimiliano Alleqri daha əvvəl “Yuventus”da birlikdə çalışdığı hücumçunu yenidən komandasında görmək istəyir.

Ötən mövsüm 44 oyuna çıxan Vlahoviç 17 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb. 24 yaşlı futbolçunun “Yuventus”la müqaviləsi gələn yay başa çatır. Transfermarkt portalı oyunçunun dəyərini 35 milyon avro olaraq qiymətləndirir.

Seçilən
31
90deqiqe.az

1Mənbələr