AZ

Ərəblərdən Vinisius Junior üçün rekord təklif

Madridin “Real” klubunun ulduz hücumçusu Vinisius Juniorun transferi üçün Səudiyyə Ərəbistanından olan investorlar tarixdə analoqu olmayan təkliflə çıxış etməyə hazırlaşır.

90deqiqe.Az-ın "talkSPORT"a istinadən yaydığı xəbərə görə, investorlar braziliyalı futbolçunun yay transfer pəncərəsi açılana qədər “Real”la yeni müqavilə imzalamamasından faydalanmaq istəyirlər. Danışıqlarda hələlik irəliləyişin olmaması Səudiyyə tərəfini ümidləndirib.

Ərəb investorlar “Real”a 350 milyon avro təklif etməyə hazırdır. Bu transfer baş tutacağı təqdirdə, futbol tarixinin ən bahalı keçidi olacaq.

Xatırladaq ki, indiyədək ən yüksək transfer məbləği Neymarın 2017-ci ildə “Barselona”dan PSJ-yə 222 milyon avroya keçidi zamanı qeydə alınıb.

Vinisius ötən mövsüm bütün turnirlərdə 58 oyuna çıxaraq 22 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Madrid klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Seçilən
24
90deqiqe.az

1Mənbələr