AZ

“Futbol islahatlara ehtiyac duyur, NBA klubları kimi idarə olunmalıyıq”

İtaliyanın “Napoli” klubunun prezidenti Aurelio De Laurentiis dünya futbolunun hazırkı vəziyyəti və gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, “La Gazzetta dello Sport” nəşrinə danışan De Laurentiis futbolun struktur dəyişikliklərinə ehtiyacı olduğunu bildirib:

“10 il əvvəl amerikalıların basketbolu - NBA - zərər edirdi. Klublar bir araya gəlib çempionatı dayandırdılar və lazımi dəyişiklikləri etdilər. İndi isə bu sistem çox effektiv işləyir. Futbol da eyni yolla getməlidir.”

Təcrübəli funksioner futbol idarəçilərinin bir-birinə rəqib deyil, əməkdaş olmalı olduğunu da vurğulayıb:

“Futbol rəhbərləri elə bilirlər ki, klublara kömək etmirlər, sanki bir müharibənin içindədilər. Siyasətçilər isə bizi milyarder kimi görür, amma əslində çoxumuz borc içindəyik.”

Qeyd edək ki, “Napoli” 2024/2025 mövsümündə İtaliya A Seriyasının çempionu olub. Komanda baş məşqçi Antonio Kontenin rəhbərliyi ilə 38 turda 82 xal toplayaraq “İnter”i 1 xal qabaqlayıb.

Seçilən
21
90deqiqe.az

1Mənbələr