AZ

“Olimpiya Ümidləri” turnirində 30-dan ölkənin karateçiləri iştirak edəcək

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Avropa Karate Federasiyası və Azərbaycan Karate Federasiyasının təsdiq etdiyi təqvimə uyğun olaraq, “Olimpiya Ümidləri” beynəlxalq karate turniri keçiriləcək.

İdman.biz xəbər verir ki, yarış sentyabrın 19-21-də Mingəçevir şəhərində baş tutacaq.

Beynəlxalq turnirdə 30-dan çox ölkədən 1000-dən artıq karateçinin iştirakı gözlənilir.

Yarış həmçinin MDB Oyunları öncəsi gənc idmançılar üçün sınaq və motivasiya xarakteri daşıyır.

İdman.biz

Seçilən
10
idman.biz

1Mənbələr