AZ

"Liverpul" Uqo Ekitike ilə razılığa gəldi

"Liverpul" hücum xəttini gücləndirməyə çox yaxındır.

90deqiqe.Az xəbər verir ki,  Mersisayd klubu "Ayntraxt"ın forvardı Uqo Ekitike ilə altı illik müqavilə üzrə prinsipial razılıq əldə edib. B

23 yaşlı fransalı hücumçu yalnız "Liverpul" variantını nəzərdən keçirir və digər variantlara, o cümlədən "Nyukasl"a maraq göstərmir. Bildirilir ki, "Nyukasl" artıq transfer yarışından çəkilib.

Transfer hətta qarşıdakı həftəsonuna qədər rəsmiləşə bilər.

Qeyd edək ki, daha öncə "Ayntraxt" Ekitikeye görə "Nyukasl"ın  81 milyon avro məbləğində olan təklifini rədd etmişdi. Bu səbəbdən "Liverpul"un rəsmi təklifi daha yüksək məbləğdə gözlənilir.

Ekitike ötən mövsüm bütün turnirlərdə 64 oyunda 26 qolla yadda qalıb və hazırda "Transfermarkt" portalı tərəfindən 75 milyon avroya qiymətləndirilir.

phrase_var_article.chosen
31
42
90deqiqe.az

10phrase_var_article.sources