AZ

"Barselona" De Yonqla müqaviləni bu şərtlə uzatmaq istəyir

"Barselona" yarımmüdafiəçi Frenki de Yonqla yeni müqavilə imzalamağı planlaşdırır.

90deqiqe.Az-ın "Transfer News Live"ə istinadən yaydığı xəbərə görə, klub niderlandlı futbolçunun maaşını artırmaq niyyətində deyil. 

 "Blauqrana" rəhbərliyi son illərdə De Yonqa artıq dərəcədə yüksək maaş ödənildiyini düşünür və gələcək müqavilədə bu səviyyənin saxlanılmasına qarşıdır.

Frenki de Yonq 2019-cu ilin yayında "Ayaks"dan "Barselona"ya transfer olunub. O vaxtdan bu yana niderlandlı futbolçu Kataloniya klubunun heyətində 259 rəsmi oyunda meydana çıxıb, 19 qol vurub və 23 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Barselona" artıq 2025/2026 mövsümünə hazırlıqlara başlayıb.

Seçilən
51
90deqiqe.az

1Mənbələr