Ucarda yol qəzası baş verib, yaralananlar var.
Operativ Media xəbər verir ki, hadisə Qaradağlı kəndi istiqamətində baş verib.
İki minik avtpmobilinin toqquşması zamanı 3-ü Ucar rayon, biri isə Sumqayıt şəhər sakini olmaqla 4 nəfər müxtəlif bədən xəsarətləri alıb.
Yaralılar 1979-cu il təvəllüdlü Kəmalə Rəsulova, 1993-cü il təvəllüdlü İlkin Rəsulov, 1972-ci il təvəllüdlü Pərvanə Rəsulova və 1991-ci il təvəllüdlü Şərqiyə Quliyeva xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.