AZ

Bakıda dayanacağın işığı kəsilib, sərnişinlər çətinlik çəkirlərVİDEO

Bakıda smart tipli dayanacağa elektrik enerjisi verilişi dayandırılıb.

Xezerxeber.az-ın məlumatına görə, söhbət paytaxtın Nərimanov rayonu, Təbriz küçəsində yerləşən dayanacaqdan gedir.

Sərnişinlər bildirirlər ki, təxminən 1 aydan artıqdır smart dayanacağın işığı kəsilib, bu səbəbdən dayanacağın nə kondisioneri işləyir, nə də qapıları fəaliyyət göstərir. Onlar deyirlər ki, hava isti olduğundan dayanacaqda gözləmək mümkün deyil, bu səbəbdən dayanacaqdan kənar ərazidə, kölgəlikdə dayanmağa məcbur qalırlar.

Bəs vətəndaşların rahatlığının təmin edilməsi üçün quraşdırılan smart tipli dayanacağa elektrik enerjisinin verilişi niyə dayandırılıb?

Ərazidə dispetçer kimi fəaliyyət göstərən şəxs iddia edir ki, dayanacaqda yerləşən köşkün icarədarı 1 aydan çoxdur, oranı tərk edib, dayanacağa elektrik enerjisinin verilişini isə tamamilə dayandırıb.

Elə avtobus sürücüləri də dayanacaqdakı mövcud vəziyyətdən narazıdırlar.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən "XəzərXəbər"ə bildirildi ki, qurum tərəfindən smart dayanacaqlarla bağlı monitorinq aparılır. Bütün nöqsan və çatışmaqzlıqlar aradan qaldırılır.

Qeyd edilən ünvana da baxış keçirilərək nasazlıq aradan qaldırılacaq. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
20
xezerxeber.az

1Mənbələr