AZ

İstismar müddəti başa çatmış binada mənzilin eyvanı uçdu - SumqayıtdaVİDEO

Sumqayıt şəhərində yerləşən 36-cı məhəllə, 8/29-cu bina, mənzil 19-un eyvanı uçub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə zamanı mənzildə yaşayanlar evdə olub və səsə eyvana çıxıblar. Məlum olub ki, eyvanın altında yerləşən obyektin damı eyvanın tamamilə uçmasının qarşısını alıb.

Eyvanın uçması qonşu mənzilə də ziyan vurub. Qonşular binanın istismar müddətinin başa çatdığını və məhz bu səbəbdən belə bir halın yaşandığını bildiriblər.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin nümayəndələri və polis əməkdaşları cəlb olunublar. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi lentlənərək mühafizəyə götürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal İstismar İdarəsindən bildirilib ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyi baxış keçirib və yalnız onların verəcəyi rəyə əsasən müvafiq tədbirlər görüləcək. Bununla belə, ilkin ehtimallara görə, eyvanın çökməsinə səbəb binanın istismar müddətinin bitməsindən daha çox, eyvanın həddindən artıq yüklənməsi və konstruksiyaların düzgün quraşdırılmaması ola bilər. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
15
xezerxeber.az

1Mənbələr