
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Yaponiyanın Moskvadakı səfirliyinə Yaponiya Hava Özünümüdafiə Qüvvələrinin ABŞ-nin “Resolute Force Pacific” adlı genişmiqyaslı hərbi təlimlərində iştirakı ilə bağlı kəskin etiraz edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Rusiya silahlı münaqişəyə hazırlığın bütün əlamətlərini özündə əks etdirən belə məsuliyyətsiz fəaliyyəti qəbuledilməz hesab edir. Bu, Rusiyanın təhlükəsizliyinə potensial təhdiddir və qaçılmaz olaraq adekvat cavab tədbirləri görəcək”, - Rusiya Xarici İşlər Nazirliyi qeyd edib.