AZ

Aylar sonra İLK: göz yaşları içində...

Braziliya Serie A-nın 14-cü turunda keçirilən matçda Santos komandası lider Flamengo üzərində Neymarın 84-cü dəqiqədə vurduğu qol ilə 1:0 hesablı qələbə qazanıb.

Bu qolla Neymar, Santos forması ilə bu mövsümdə ilk qolunu vurub.

Bu barədə News24.az CNN Türk-ə istinadən xəbər verir. 

Ulduz futbolçu, İspaniyanın “Barselona” və Fransanın “Paris Sen-Jermen” komandalarında oynadıqdan sonra 2023-cü ilin avqustunda Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna transfer olunub.

Astronomik məbləğdə transfer haqqı və maaş müqabilində “Əl-Hilal”a imza atan Neymar, 2023-cü ilin oktyabrında yığma komandada çıxışı zamanı yaşadığı ön çarpaz bağ və menisküs zədəsi səbəbindən bir il meydanlardan uzaq qalıb. Bu ilin əvvəlində futbola başladığı Santos klubuna qayıdan Neymar, apreldə Atletico MG ilə keçirilən oyunun ilk yarısında sol ayağından zədələnmiş və bu səbəbdən ehtiyat oyunçular skamyasını göstərərək 34-cü dəqiqədə göz yaşları içində meydanı tərk edib.

Xeyrənsə Piriyeva

Seçilən
82
news24.az

1Mənbələr