AZ

QHT layihə çərçivəsində dəyirmi masa keçirib

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə, “Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu” tərəfindən həyata keçirilən “Əlilliyi olan şəxslərə hüquqi və mənəvi dəstək” adlı layihəsi çərçivəsində müharibə əlillərinin, vetranların, ümumi kateqoriyalı əlillərin və aidiyyatı olan QHT-lərin rəhbərlərinin iştirakı ilə dəyirmi masa yığıncağı keçirildi.

Dəyirmi masa iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad etdi.

Sonra layihənin rəhbəri, “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Orucov həyata keçirilən layihənin və təkil olunmuş dəyirmi masanın məqsəd və məramı haqqında məlumat verərək bildirdi ki, “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının dövlət suverenliyi, ərazi bütövlüyü uğrunda döyüşərək sağlamlıqlarını itirmiş müharibə əlillərinin və ümumi əlillik kateqoriyasına aid olan şəxslərin tibbi-sosial problemlərinin həllinə hüquqi və mənəvi dəstək verərək, aidiyyatı olan dövlət qurumları tərəfindən təmin olunaraq, şəhid ailələri və müharibə veteranları arasında yaranmış narazılıqları aradan qaldırmaqdır.

Bu gün şəhid ailələrinin, müharibə əlillərinin və ümumi əlillik kateqoriyasına aid olan şəxslərin cəmiyyətin mənəvi-psixoloji dəstəyinə ehtiyacı vardır. Çox təssüflər olsun ki, hələdə Qarabağda torpaqlarımızın ərazi bütövlüyünün bərpası uğrunda fədakarcasına döyüşərkən sağlamlığlarını itirən müharibə veteranları yerlərdə bəzi “məmurlar” tərəfindən müəyyən tibbi-sosial problemlərlə üzləşirlər.

Hər birimiz, şəhidlərimizə, müharibə əlillərinin və ümumi əlillik kateqoriyasına aid olan şəxslərin yaranmış tibbi-sosial problemlərinin həllinə biganə qalmamalıyıq.

Həyata keçirilən layihə çərçivəsində müharibə veteranlarımızın və ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhidlərimizin anım məclisləri təşkil edib, şəhid aillərinə və vetranlarımıza mənəvi dəstək və hüquqi köməklik göstərərək onlara həmrəylik nümayiş edirik.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbail rayon şöbəsinin sədri, layihənin hüquqşünası Fəqan Nəsibzadə çıxış edərək qeyd etdi ki, Konstitusiya və Suverenlik dövlətçiliyimizin əsas amilidir. Məhz buna görə də şəhid ailələrinə, müharibə əlillərinin və ümumi əlillik kateqoriyasına aid olan şəxslərə diqqət və qayğı artırmaq məqsədi ilə “Əlilliyi olan şəxslərə hüquqi və mənəvi dəstək” layihəsi çərçivəsində 2 dəfə “Hüquq dəstək” xidmət günləri təşkil edərək layihənin benefisiarlarının tibbi-sosial, hüquqi ehtiyaclarını öyrənərək mövcud olan problemlərinin həlli ilə bağlı aidiyyatı olan dövlət qurumlara rəsmi müraciətlər göndərərək, onların yaranmış problemlərinin operativ həllinin təmin olunmasına hüquqi və mənəvi köməklik göstərirmişik. Həyata keçirilən layihə çərçivəsində qanunvericiliyə uyğun olaraq 11 nəfər müharibə əlilinin ləvğ olunmuş əlillik dərəcəsini bərpa etmişik, 13 nəfər vətən müharibəsi iştirakçısına müharibə veteranı adının alınmasına hüquqi köməklik göstərmişik.

Bunlardan əlavə hüquqi köməklik göstərərək 9 nəfər müharibə əlilinin və vetranının əlillik dərəcəsinin və müharibə veteranı adının alması ilə əlaqədar Bakı İnzibati Məhkəməsində baxılıb həl olunması üçün müraciyyət etmişik.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının hərbi vətənpərvərlik şöbəsinin məsul əməktaşı Rasim Mirzəyev, Zəngilan rayon şöbəsinin sədir müavini Möhübbət Qurbanov, Beynəlmiləlçi Hərbiçilər ictimai birliyinin sədri Əzzağa Qənizadə Dinc Dünya Araşdılmarı ictimai birliyinin sədri Əlsafa Mehtiyev və müharibə əlilləri, veteranları çıxış edərək, “Əlilliyi olan şəxslərə hüquqi və mənəvi dəstək” layihəsində qaldırılmış müharibə əlillərinin, veteranlarının tibbi-sosial problemləri ilə əlaqədar öz təkliflərini verdilər və həyata keçirilən layihəni müsbət qiymətləndirdilər.

Dəyirmi masa iştirakçıları belə ağıır və məsuliyyətli “Əlilliyi olan şəxslərə hüquqi və mənəvi dəstək” layihəsini həyata keçirdərək müharibə əlillərinin və ümumi əlillik kateqoriyasına aid olan şəxslərin yaranmış tibbi-sosial problemlərinin həllinə biganə qalmamalmayaraq, onların yaranmış problemlərinin operativ həllinin təmin olunmasına hüquqi və mənəvi köməklik göstərib həmyrəylik nümayiş etdinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyininə, “Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu” na və layihənin hüquqşunası Fəqan Nəsibzadəyə öz təşəkkürlərini bildirdilər.

Dəyirmi masada müharibə əlillərinin, veteranların müraciətlərini və təkliflərini nəzərə alaraq, müharibə əlillərinin və ümumi əlillik kateqoriyasına aid olan şəxslərin yaranmış tibbi-sosial problemlərinin həllinin təmin olunması ilə əlaqədar dəyirmi masanın iştirakçıları adından, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təklliflər göndərilməsi qərara alındı.

Tədbirin sonunda layihənin hüquqşünası Fəqan Nəsibzadə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSEK-ında elektron xidmət vasitəsi ilə əlilliyinə təyin olunması, əlillik müayinəsinin nəticəsi, növbəti əlillik müayinəsinin nə zaman keçiriləcəyi və sonuncu müayinə barədə məlumat almaq üçün “Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” barəsində ətraflı izahatla məlumat verərək dəyirmi masa iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirərək cavab verdi.

 
 
 
Seçilən
12
1
azreform.info

2Mənbələr