AZ

Azərbaycan və BƏƏ maliyyə texnologiyaları sahəsində əməkdaşlıq edəcəklər

Azərbaycan Mərkəzi Bankı ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Qlobal Bazar Maliyyə Xidmətlərinin Tənzimləyici Orqanı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Mərkəzi Bankın məlumatına görə, Anlaşma Memorandumu çərçivəsində qurumlar arasında aşağıdakı sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutulub:

- Maliyyə texnologiyaları və xidmətləri;

- Kapital bazarları və digər müvafiq sahələr;

- Təcrübə və məlumat mübadilələri, təlim, seminar, tədqiqat xarakterli səfərlər və peşəkar inkişaf fəaliyyətlərinin təşkili.

Bu əməkdaşlıq beynəlxalq təcrübənin öyrənilməsi və qabaqcıl tənzimləyici yanaşmaların tətbiqi baxımından mühüm imkanlar yaradacaq.

Anlaşma Memorandumu qurumlar arasında əməkdaşlığın hüquqi bazasının yaradılması ilə strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə mühüm töhfə verəcək. Eyni zamanda, qurumlar arasında davamlı dialoqun möhkəmləndirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsi hər iki ölkənin tənzimləyici təcrübəsinin təkmilləşdirilməsinə və maliyyə sektorunun dayanıqlı inkişafına xidmət edəcək.

Seçilən
26
5
vergiler.az

10Mənbələr