AZ

Yermak: “Əsgərlərin nümunəsi siyasətçilər üçün örnək olmalıdır”

Ukrayna lideri Vladimir Zelenski və Prezident Administrasiyasının rəhbəri Andrey Yermakı tənqid edənlər cəbhəyə gedib “əsgərlərdən nümunə götürməlidirlər”.

NOCOMMENT.az xəbər verir ki, bunu Yermak “The Times” qəzetinə verdiyi müsahibədə bildirib.

“Ümid edirəm ki, bəzi siyasətçilər bizim əsgərlərdən nümunə götürəcək və ölkəni bu cür qürur və ləyaqətlə təmsil edəcəklər”, – deyə o vurğulayıb.

“The Times”ın yazdığına görə, bu sözlərlə Yermak öz siyasi rəqiblərini onu və Zelenskini tənqid etməyi dayandırmağa çağırıb.

Zelenski və Yermaka qarşı artan tənqidlər fonunda Prezident Administrasiyasının rəhbəri bildirib ki, əgər tənqid “vətənpərvərlərdən” gəlirsə, onu “yardım” kimi qəbul edir.

Seçilən
113
nocomment.az

1Mənbələr