AZ

Polşa Macarıstandakı səfirini geri çağırdı

Polşa Xarici İşlər Nazirliyi, Macarıstan hakimiyyətinin Polşa Ədliyyə Nazirliyinin keçmiş müavini, Varşava tərəfindən axtarışda olan Marçin Romanovskini siyasi sığınacaqla təmin etməsi qərarına etiraz olaraq, Budapeştdəki səfirini geri çağırmaq barədə yekun qərar qəbul edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə PAP agentliyinə nazirliyin mətbuat katibi Pavel Vronski məlumat verib.

“15 iyul tarixində Sebastyan Kençek səfir kimi fəaliyyətini başa vurdu və artıq Polşanın Macarıstandakı səfiri deyil,” – deyə Vronski bildirib.

O əlavə edib ki, bundan sonra Polşa Macarıstanda müvəqqəti işlər vəkili səviyyəsində təmsil olunacaq. Diplomat, Varşavanın gələcəkdə Macarıstanla diplomatik münasibətləri bu səviyyədə saxlayıb-saxlamayacağı barədə isə konkret fikir bildirməyib.

Seçilən
50
50
nocomment.az

10Mənbələr