AZ

ASOSAI-nın yeni xüsusi qrupu yaradılıb

Bakı, 17 iyul, AZƏRTAC

Ali Audit Orqanları Asiya Təşkilatının (ASOSAI) yeni xüsusi qrupu formalaşdırılıb.

AZƏRTAC xəbər verir ki, ASOSAI-nın Qaydaları üzrə xüsusi qrupunun yaradılması təşəbbüsü təşkilatın İdarə Heyətinin üzvləri tərəfindən Bakıda keçirilən 62-ci toplantıda irəli sürülüb və qəbul olunub.

Xüsusi qrup təşkilatın tətbiq etdiyi qaydalara yeni nəfəs gətirmək məqsədi daşıyıb.

ASOSAI İdarə Heyətinin üzvlərindən Azərbaycan, Pakistan, Malayziya, Tailand və Hindistan yeni yaradılan xüsusi qrupa könüllü qoşulub.

Seçilən
68
2
azertag.az

2Mənbələr