AZ

Putin fransız müğənniyə görün nə hədiyyə etdi

Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov məşhur müğənni Frensis Lalanna ölkə prezidenti Vladimir Putinin portretini hədiyyə edib.

Publika.az xəbər verir ki, portreti Putin şəxsən imzalayıb. Bu barədə TASS səfirliyin mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Mən Putinə dərin heyranam, çünki o, təkcə Rusiya üçün deyil, həm də bütün müasir dünya üçün əvəzolunmazdır", - müğənni jurnalistlərlə söhbətində deyib.

May ayında fransız müğənni müharibə zonasında rus əsgərləri üçün mahnı oxumağa hazır olduğunu bildirmişdi.

phrase_var_article.chosen
61
publika.az

1phrase_var_article.sources