AZ

Rusiya iki saat ərzində Ukraynanın 17 PUA-sını məhv edib

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri (HHM) Bryansk, Kaluj və Belqorod vilayətləri üzərində Ukraynaya məxsus 17 pilotsuz uçuş aparatını (PUA) məhv edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirlikdən bildirilib ki, Moskva vaxtı ilə saat 12:00-dan 14:00-dək HHM bölmələri Bryansk vilayəti üzərində 10, Kaluj vilayəti üzərində 6 və Belqorod vilayəti üzərində 1 dronu vurub.

Nazirlik həmçinin qeyd edib ki, son sutka ərzində Rusiya ordusu aviasiya, PUA-lar, raket qoşunları və artilleriya vasitəsilə Ukraynanın 133 müxtəlif mövqeyinə zərbələr endirib. Zərbələr nəticəsində istehsalat sexləri, pilotsuz aparatların yığılması və saxlanılması yerləri, hava hücumundan müdafiə sistemlərinin gizlədildiyi məntəqələr, aviasiya obyektləri, eləcə də Ukrayna Silahlı Qüvvələrinin və xarici muzdlu döyüşçülərin müvəqqəti yerləşmə məntəqələri hədəfə alınıb.

Seçilən
68
49
nocomment.az

10Mənbələr