AZ

Ukraynanın yeni baş naziri təsdiqləndi

İyulun 17-də Ali Rada Ukraynanın yeni baş naziri Yuliya Svyridenkonun hökumətinin təyinatını təsdiqləyib.

XəzərNews.az xəbər verir ki, bu barədə xalq deputatı Yaroslav Jeleznyak (“Holos”) məlumat verib.

“Rada yeni (daha doğrusu, əvvəlki kimi) hökumət təyin edib”
, - o yazıb.

Yeni Baş nazirin lehinə 254 xalq deputatı səs verib, onlardan da 193-ü “Xalqın qulluqçusu” partiyasından olan deputatlardır.



Xəbər 28 dəfə oxunub.
Seçilən
38
xezernews.az

1Mənbələr