AZ

Birinci yarımildə Bakıda dövlətə, fiziki və hüquqi şəxslərə 10 milyard manatadək maddi ziyan vurulub

Bakı. Trend:

İyulun 17-də Bakı şəhər prokurorluğu orqanları tərəfindən2025-ci ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə,istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərinvəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunangeniş əməliyyat müşavirəsi keçirilib.

Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.

Müşavirədə bildirilib ki, Bakı şəhəri üzrə prokurorluq orqanlarıtərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrəümumilikdə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş 9.934.994,14manat məbləğində maddi ziyanın 5.279.487,65 manatı və ya 53,1 %-ninödənilməsi təmin edilib.

Həmçinin hesabat dövründə prokurorluq əməkdaşları tərəfindənxidməti, icra və əmək intizamı qaydalarına riayət olunmasına ciddinəzarət edilməklə, Bakı şəhər prokurorluq orqanlarının 3əməkdaşının intizam tənbeh tədbiri qismində tutduqları vəzifədənazad olunmaları qeyd olunub.

Seçilən
74
1
az.trend.az

1Mənbələr