Badamdar qəsəbəsində yerləşən “Mandarin” bağçasında uşaqların təhlükəsizliyi ilə bağlı ciddi problemlər yaşanır.
Bu barədə Bakues.az-ın qaynar xəttinə şikayət daxil olub.
Əldə edilən məlumata görə, bağçadakı oyun attraksionları düzgün işləmədiyi üçün bir neçə uşaq yaralanıb. Sonuncu dəfə isə bir uşaq attraksiondan yıxılıb və xəsarətlər alıb.
Valideynlər bağçada uşaqlarına lazımi nəzarətin göstərilmədiyini və oyun avadanlıqlarının təhlükəsiz olmadığını iddia edirlər. Bir neçə valideyn bağçanın rəhbərliyinə şikayət edərək, dərhal tədbir görülməsini tələb edib.
Həmçinin, bağçanın ərazisindəki təhlükəsizlik tədbirlərinin zəif olması və uşaq baxıcılarının məsuliyyətsizliyi barədə də şikayətlər var. Valideynlər uşaqlara göstərilən diqqətin yetərincə olmamasına etiraz ediblər.
“Mandarin” bağçası tərəfindən mövzu ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Mövzuya aid videogörüntünü təqdim edirik:
https://bakues.az/public/uploads/2025/07/bakues_140622f605311006f717f57dc78e29ec_01angjkrtwso6q3pcl9h.mp4