AZ

Bakıda ilin ilk 6 ayında 12 qəsdən adam öldürmə cinayəti törədilib

Bakı. Trend:

İyulun 17-də Bakı şəhər prokurorluğu orqanları tərəfindən2025-ci ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə,istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərinvəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunangeniş əməliyyat müşavirəsi keçirilib.

Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.

Müşavirədə bildirilib ki, 2025-ci ilin birinci yarımili ərzindəBakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 7549 törədilmiş cinayət hadisəsi qeydiyyata alınıb ki, onların 92,6%-nin açılması təmin olunub.

Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlıişgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlərnəticəsində 2025-ci ilin birinci yarımilində törədilən 12 qəsdənadam öldürmə cinayətlərinin hamısının açılması təmin edilib.

Ümumilikdə şəhərin prokurorluq orqanları tərəfindən hesabatdövründə 130 cinayət işinin ibtidai istintaqı tamamlanıb, onlardan86 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib. Paytaxtındaxili işlər orqanlarının istintaq qurumları tərəfindən isə hesabatdövründə cəmi 2 722 cinayət işinin istintaqı tamamlanaraq 2151 işməhkəmələrə göndərilib.

Qəsdən adam öldürmə, özünü öldürmə həddinə çatdırma, oğurluq,mənimsəmə və israf etmə, dələduzluq, hədə-qorxu ilə tələb etmə,xuliqanlıq, narkotik vasitələrlə bağlı cinayətlər, yol hərəkəti vənəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, o cümlədənölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı azalıb, qəsdənadam öldürməyə cəhd, qəsdən sağlamlığa ağır və az ağır zərər vurma,adam oğurluğu, quldurluq, ekoloji cinayətlərin sayında isə artımmüşahidə olunub.

Seçilən
35
26
az.trend.az

10Mənbələr