“Qarabağ” klubu transfer çalışmalarını davam etdirir.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu Niderlandın “Fortuna” klubunda çıxış edən yarımmüdafiəçi Alen Haliloviçi heyətini qatmaq niyyətindədir.
Türkiyə və Yunanıstan klublarının da istədiyi 29 yaşlı futbolçunun Azərbaycana gəlib-gəlməyəcəyi bəlli deyil.
Haliloviç daha öncə “Barselona” və “Milan” kimi Avropa nəhənglərinin də formasını geyinib.