AZ

ADA xaricdə təhsil proqramının davamıdır - Hafiz Paşayev

ADA-nı Xaricdə Təhsil proqramının davamı kimi də qəbul etmək olar. Bunu ADA universitetinin rektoru Hafiz Paşayev deyib.

"Biz beynəlxalq səviyyədə rəqabətə davamlı bir təhsil mühiti yaratmağa çalışırıq," –  Paşayev vurğulayıb.

Universitetin rektoru şəxsi təcrübəsini bölüşərək bildirib ki, onun dörd nəvəsi də hazırda ADA-da təhsil alır.

 “Oxumaq istəyən üçün burada imkanlar kifayət qədər genişdir. Əhsən o valideynlərə ki, övladlarını Azərbaycanda və ADA-da oxutmaq istəyirlər.”

Rektor əlavə edib ki, universitetdə təhsil almaq istəyənlər üçün həm dövlət sifarişi, həm də ödənişli əsaslarla seçim imkanları mövcuddur. 

"Hal-hazırda tələbələrin təxminən 30 faizi ADA-da ödənişsiz təhsil alır",- o bildirib.

Gülnar Nazimqızı

Seçilən
83
anews.az

1Mənbələr