Bakı, 17 iyul, AZƏRTAC
Avropa basketbolunun ən nüfuzlu turniri olan Avroliqada 2025/2026-cı illər mövsümünün təqvimi açıqlanıb.
AZƏRTAC xəbər verir ki, 20 komandanın iştirakı ilə təşkil olunacaq müntəzəm mövsümdə hər klub 38 görüş keçirəcək. Mövsüm sentyabrın 30-da start götürəcək və gələn il aprelin 17-də başa çatacaq.
Müntəzəm mövsümə yekun vurulduqdan sonra ilk 6 yeri tutan komandalar birbaşa pley-off mərhələsinə yüksələcək. 7-ci, 8-ci, 9-cu və 10-cu pillələrdə qərarlaşan kollektivlər isə "play-in" oyunlarında mübarizə aparacaqlar. Bu mərhələnin qalibi olan iki komanda pley-offa vəsiqə qazanacaq. "Play-in" matçları aprelin 21-də və 24-də gerçəkləşəcək.
Daha sonra 5 qarşılaşmadan ibarət pley-off seriyası başlayacaq. Bu mərhələnin ilk görüşləri aprelin 28-də keçiriləcək və ən geci mayın 13-də tamamlanacaq.
Pley-off mərhələsinin qalibi olan 4 klub "Dördlər finalı" üçün qarşılaşacaq. Yarımfinal matçları mayın 22-də, final isə mayın 24-də baş tutacaq və Avropanın çempionu müəyyənləşəcək.
Avroliqa, I tur
30 sentyabr
20:00. “Hapoel Tel-Əviv” (İsrail) – “Barselona” (İspaniya)
20:00. “Dubay” (Birləşmiş Ərəb Əmirlikləri) – “Partizan Mozzart Bet” (Serbiya)
21:45. “Anadolu Efes” (Türkiyə) – “Makkabi Ranana Tel-Əviv” (İsrail)
22:00. “Srvena Zvezda” (Serbiya) – “Emporio Armani Milan” (İtaliya)
22:15. “Panatinaikos” (Yunanıstan) – “Bavariya” (Almaniya)
22:30. “Baskonia Vitoria-Qasteis” (İspaniya) – “Olimpiakos” (Yunanıstan)
22:45. “Bolonya” (İtaliya) – “Real Madrid” (İspaniya)
1 oktyabr
21:30. “Monako” (Monako) – “Zalqiris Kaunas” (Litva)
21:45. “Fənərbağça” (Türkiyə) – “Paris” (Fransa)
22:00. “Viyerban” (Fransa) – “Valensiya” (İspaniya)