AZ

Dünya İsrailə qarşı birlikdə hərəkət etməlidir - Əraqçi

BAKI, TurkicWorld

İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin Suriyadakı son hava hücumlarını kəskin şəkildə pisləyib və bu gərginliyin ciddi regional nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib.

TurkicWorld xəbər verir ki, bu barədə Əraqçi X sosial media hesabından paylaşım edib.

“Bütün bunlar çox təəssüf ki, gözlənilən idi. İndi sual budur – növbəti paytaxt hansıdır?”- deyə o bildirib.

O, İsrail rejimini “azğın və sərhəd tanımayan” adlandıraraq, onun yalnız “güc dilini” anladığını deyib. Əraqçi dünya ictimaiyyətini və regional ölkələri İsrailin aqressiyasına qarşı birgə hərəkətə çağırıb.

Nazir həmçinin vurğulayıb ki, İran Suriyanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və həmişə Suriya xalqının yanında olacaq.

Çərşənbə günü İsrail ordusu Suriyanın paytaxtı Dəməşq yaxınlığındakı Prezident sarayını və Baş Qərargah binasını hava zərbələri ilə hədəf alıb. Eyni zamanda, ölkənin cənubundakı Süveyda vilayətində pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirilib.

Həmçinin qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai də İsrailin bu təcavüzkar addımlarını kəskin şəkildə qınayıb, xüsusilə də hücumların ictimai və dövlət obyektlərini hədəfə aldığını qeyd edib.

Bəqai bildirib ki, bu hücumlar Suriyanın böyük bir hissəsi hələ də İsrail işğalı altında olduğu bir vaxtda həyata keçirilib. O, İsrailin regionda sülh və sabitliyə ən böyük təhdid olduğunu vurğulayıb və ABŞ, Almaniya, Britaniya və Fransanı bu aqressiyanı siyasi və hərbi dəstəklə təşviq etməkdə ittiham edib.

Seçilən
42
18
turkic.world

10Mənbələr