AZ

Pakistanda 3 həftəlik mussonlarda 124 nəfər ölüb

Pakistanda son üç həftə ərzində güclü musson yağışları və əlaqədar hadisələr nəticəsində azı 124 nəfər ölüb, 264 nəfər yaralanıb.

Bakues.az “Sozcu”yə istinadən xəbər verir ki, bu barədə Milli Fəlakətlərin İdarə Edilməsi İdarəsi (NDMA) məlumat yayıb.

Məlumata görə, ölüm halları iyunun 26-dan iyulun 16-dək qeydə alınıb.

Son 24 saat ərzində 8 ölüm, 11 yaralanma faktı qeydə alınıb.

Mussonlar nəticəsində ən çox şərq Pəncab əyaləti zərər çəkib, 38 nəfər ölüb, 57 nəfər yaralanıb. Sind əyalətinin cənubunda 20 nəfər ölüb, 40 nəfər yaralanıb. Cənub-qərbdəki Bəlucistan əyalətində isə 16 nəfər ölüb və 4 nəfər yaralanıb.

Asim

Seçilən
52
icma.az

1Mənbələr