AZ

Rusiyada partiya sədrindən Azərbaycan restoranlarına qarşı ÇAĞIRIŞ

Rusiyada “Rusiya Kommunistləri” Partiyası Azərbaycan mətbəxini təqdim edən restoranlara qarşı hücum çağırışı edib.

Bizim.Media xəbər verir ki, belə ki, partiyanın sədri Sergey Malinkoviç “Abzaç” nəşrinə verdiyi müsahibədə bildirib ki, onun rəhbərlik etdiyi partiya Rusiya baş naziri Mixail Mişustinə müraciət edərək, Rusiyaya “düşmən” münasibət bəsləyən ölkələrin mətbəxini təklif edən ictimai iaşə obyektlərinə xüsusi vergi tətbiq olunmasını təklif edəcək.

“Rusiyaya düşmən münasibət göstərən ölkələrin mətbəxini təbliğ etmək düzgün deyil. O ölkələrdə rus mətbəxi olan restoranların inkişafına kömək etmir, əslində, onlarda belə restoranlar demək olar ki, yoxdur”, deyə o, əlavə edib.

Partiya sədri, xüsusilə Azərbaycan və Türkiyə mətbəxinin təqdim olunduğu restoran və kafelərin əlavə vergiyə cəlb olunması məsələsinin müzakirəyə çıxarılmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, bu çağırış Rusiya cəmiyyətində və ictimaiyyətində tənqidlərə səbəb olub, bir çoxları bunu milli ayrı-seçkilik və düşmənçilik təbliğatı kimi dəyərləndirir.

Bizim.Media

phrase_var_article.chosen
53
bizim.media

1phrase_var_article.sources