AZ

AMB Əbu-Dabinin Tənzimləyici Orqanı ilə Anlaşma Memorandumu imzalayıb

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Əbu-Dabi Qlobal Bazar MaliyyəXidmətlərinin Tənzimləyici Orqanı arasında əməkdaşlığa dair AnlaşmaMemorandumu imzalanıb.

Trend bubarədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, Anlaşma Memorandumu çərçivəsində qurumlararasında maliyyə texnologiyaları və xidmətləri, kapital bazarlarıvə digər müvafiq sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsinəzərdə tutulub.

Beləliklə, qeyd olunan sahələr üzrə təcrübə və məlumatmübadilələrinin aparılması, təlim, seminar, həmçinin, tədqiqatxarakterli səfərlər və peşəkar inkişaf fəaliyyətlərinin təşkilininhəyata keçirilməsi diqqətdə saxlanılacaq. Bu əməkdaşlıq beynəlxalqtəcrübənin öyrənilməsi və qabaqcıl tənzimləyici yanaşmalarıntətbiqi baxımından mühüm imkanlar yaradacaq.

Anlaşma Memorandumu qurumlar arasında əməkdaşlığın hüquqibazasının yaradılması ilə strateji tərəfdaşlıq münasibətlərininmöhkəmləndirilməsinə mühüm töhfə verəcək.

Eyni zamanda, qurumlar arasında davamlı dialoqunmöhkəmləndirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsi həriki ölkənin tənzimləyici təcrübəsinin təkmilləşdirilməsinə vəmaliyyə sektorunun dayanıqlı inkişafına xidmət edəcək.

Seçilən
59
12
az.trend.az

10Mənbələr