AZ

Çinə yanğınlar nəticəsində 570 milyon dollarlıq ziyan dəyib

“Yanvar-iyun aylarında Çində yanğınlar nəticəsində birbaşa maddi ziyan 570 milyon dollardan çox təşkil edib”.

Bakues.az “Sinxua”ya istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının Dövlət Yanğın və Xilasetmə Administrasiyasının Strateji və Hüquqi Məsələlər Departamentinin baş meneceri Liu Jiyanq deyib.

Onun sözlərinə görə, hazırkı göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,3% azdır:

“Ümumilikdə son 6 ayda Çində 552 min yanğın qeydə alınıb. Yanğınların sayı faktiki olaraq eyni səviyyədə qalıb. Yanğınlar nəticəsində 1084 nəfər ölüb, 1149 nəfər yaralanıb”.

O qeyd edib ki, ölkədə baş verən yanğınlar ilk növbədə elektrik avadanlıqlarının nasazlığı, evdə yanğınla ehtiyatsız davranma, siqaret çəkmək, yanğın mənbələrinə nəzarət olunmaması səbəbindən baş verib.

Asim

Seçilən
103
icma.az

1Mənbələr