AZ

Neymar “Santos”a qələbə gətirdi

Braziliya A Seriyasının 14-cü turunun lider “Flamenqo” ilə ev oyunu “Santos”un braziliyalı hücumçusu Neymar üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, təcrübəli futbolçu oyunun 84-cü dəqiqəsində “balıqlar”a qələbə qazandırmış qola imza atıb.

Məğlubiyyətə rəğmən, 13 oyundan 27 xalla “Flamenqo” yarış cədvəlinin zirvəsindədir, “Santos” isə 14 xalla 13-cü pillədədir.

Neymar “Santos”un məzunudur. Hücumçu 2009-2013-cü illərdə “balıqlar”ın əsas komandasında çıxış edib. “Santos”un veteran hücumçu ilə müqaviləsinin müddəti 2025-ci ilin sonunadək nəzərdə tutulub.

12 illik fasilədən sonra “Santos”un heyətində qayıtmış “Ney” cari mövsümdə “balıqlar” üçün 13 oyun keçirib, 4 qol və 3 məhsuldar ötürmə ilə fərlqənib.

Neymarın “Santos”da çıxışının ümümi mənzrəsi 238 oyun, 140 qol və 69 məhsuldar ötürmədən ibarətdir.

Neymar 2010-cu ilin avqust ayında debüt etdiyi Braziliya millisinin heyətində 128 oyun keçirib, 79 qol vurub, 59 məhsuldar ötürmə verib. “Ney” “selesao” ilə FIFA Konfederasiyalar Kubokunu (2013) və Olimpiya Oyunlarını (2016) qazanıb.

“Transfermarkt” internet-portalı 33 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
95
arena.az

1Mənbələr