Ukrayna Prezidenti Volodimir Zelenski və Ali Radanın deputatı Aleksey Qonçarenko arasında mübahisə baş verib.
Bu barədə Ukraynanın "Strana.ua” nəşri məlumat yayıb.
Parlamentari Prezidentdən hərbi qulluqçuların tərxis olunub-olunmayacağını soruşub. V.Zelenski cavabında deyib ki, "döyüşçülər Ukrayna düşməni məğlub edəndə evə qayıdacaqlar, onlar Qonçarenko kimilər cəbhədə onlara kömək edəndə rotasiyaya layiqdirlər".
Bu sözlərdən sonra Qonçarenko qışqırmağa başlayıb və deyib: "Vicdanlı olmaq lazımdır".