AZ

“Qarabağ” “xorvatiyalı Messi” ilə maraqlanır

Niderlandın “Fortuna” klubunda çıxış edən Alen Haliloviç karyerasını Azərbaycanda davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Qarabağ” xorvatiyalı yarımmüdafiəçi ilə maraqlanır. Bu barədə Xorvatiyanın “Tportal” nəşri məlumat yayıb. 29 yaşlı futbolçu Türkiyənin “Trabzonspor” klubunun da diqqət mərkəzindədir.

Haliloviç Zaqreb “Dinamo”sunun yetirməsidir. Xorvatların “Xorvatiyalı Messi” adlandırdığı oyunçu 2014-cü ildə “Barselona”ya keçib. Əsas komandada möhkəmlənə bilməyən futbolçu daha sonra “Hamburq”, “Milan”, “Standard”, “Las Palmas” kimi klublarda çıxış edib.

phrase_var_article.chosen
98
futbolpress.az

1phrase_var_article.sources