AZ

Türkiyədə qanunsuz miqrasiya kanallarının onlarla təşkilatçısı saxlanılıb

Ankara, 17 iyul, AZƏRTAC

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya qeyri-leqal kanallarının təşkilində iştirak edən 32 nəfərin saxlanıldığı barədə məlumat verib.

AZƏRTAC Türkiyə DİN-in sosial şəbəkələrdəki paylaşımına istinadla xəbər verir ki, saxlanılan şəxslər arasında 6 xarici ölkə vətəndaşı var.

Nazir qeyd edib: “Əməliyyatlar Türkiyənin bütün ərazisini əhatə edib. Saxlanılan şəxslər arasında 572 qanunsuz miqrant da var”.

Nazirliyin məlumatına görə, əməliyyatlarda hüquq-mühafizə orqanlarının 27 min 108 əməkdaşı iştirak edib. Onlar 8 minə yaxın ictimai yerdə, o cümlədən 446 nəqliyyat terminalında sənədlərin yoxlanılmasını həyata keçiriblər.

 
Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

phrase_var_article.chosen
31
2
azertag.az

3phrase_var_article.sources