Sea Breeze

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) 2025/2026-cı tədris ili üçün təkrar ali təhsil üzrə əyani formada sənəd qəbulunu davam etdirir. Qəbul prosesi portal.edu.az platforması vasitəsilə elektron qaydada həyata keçirilir.

Elektron qeydiyyatdan keçən namizədlərin sənədlərinə universitetdə yaradılmış Qəbul Komissiyası tərəfindən təyin olunmuş tarixdə baxılır. İlkin baza təhsili üzrə tədris proqramı ilə müraciət edilən ixtisasın tədris proqramı arasında fərqlər nəzərə alınaraq, namizədlərə müəyyən ixtisaslar üzrə təkrar ali təhsil almaq hüququ verilir.

ADNSU-da təkrar ali təhsil üzrə sənəd qəbulu 26 iyun 2025-ci il tarixindən başlanıb və 30 avqust 2025-ci il tarixinədək davam edəcək. Təkrar ali təhsil yalnız ödənişli əsaslarla həyata keçirilir və illik ödəniş məbləği ixtisasdan asılı olaraq 2200-2800 manat təşkil edir.

Hazırda ADNSU-da aşağıdakı bakalavriat ixtisasları üzrə təkrar ali təhsil həyata keçirilir:

Geologiya və geofizika mühəndisliyi

Geologiya

Neft-qaz mühəndisliyi

İnşaat mühəndisliyi (dəniz neft-qaz qurğularının tikintisi)

Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi

Mədən mühəndisliyi

Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi

Kimya mühəndisliyi

Mexanika mühəndisliyi

Elektrik və elektronika mühəndisliyi

Energetika mühəndisliyi

Kompüter elmləri

İnformasiya texnologiyaları

İqtisadiyyat

Menecment

Biznesin idarə edilməsi

Qida mühəndisliyi

Ətraflı məlumat üçün portal.edu.az platformasına daxil olmaq tövsiyə olunur.

ETX
ETX
ETX