AZ

“Mənim təhlükəsiz virtual məkanım” layihəsi çərçivəsində maarifləndirici tədbir həyata keçirilib

Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Siyəzən şəhərində “Mənim təhlükəsiz virtual məkanım” layihəsi çərçivəsində maarifləndirici tədbir həyata keçirdi.

Herbiand.az-a verilən məlumata görə Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant proqramı çərçivəsində maliyyələşdirilən “Mənim təhlükəsiz virtual məkanım” layihəsinin icrasına başlanılıb. Layihənin əsas məqsədi Quba-Xaçmaz regionunda son vaxtlar geniş yayılan sosial şəbəkələr üzərindən milli maraqlara təhdid yaradan insan alveri cinayəti, məişət zorakılığı, əməyin istismarı, narkotiklərdən istifadə hallarının azaldılmasına nail olmaq və müxtəlif qlobal güclər tərəfindən gənclər arasında təbliğ edilən qeyri ənənvi münasibətlərin qarşının alınmasından ibarətdir. Layihə şimal bölgəsinin altı rayonunu: Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonların əhatə edəcək. Layihə çərçivəsində əhali arasında maarifləndirmə işləri aparılacaq və eyni zamnda müvafiq icrahakimiyyəti orqanları, ictimai təşkilatlar və bələdiyylərin iştirakı ilə ictimai dinləmələr təşkil ediləcək. Layihə çərçivəsində regionda ilk tədbir Siyəzən rayon ictiamiyyətinin iştirakı ilə mədəniyyət evində təşkil edilib.

Tədbirdə layihə rəhbəri çıxış edərək qaldırılan problem barəsində iştirakçıları məlumatlandırıb. Tədbir iştirakçıların interaktiv fəallığı ilə baş tutub. Problem üzrə çıxış edən iştirakçılar müəyyən təklif və tövsiyyələr irəli şürübər. Tədbirdə 30 nəfər iştirak edib. 

Seçilən
33
7
herbiand.az

10Mənbələr