Azərbaycan təmsilçisi "Qarabağ"ın UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Şelburn"a (İrlandiya) qarşı keçirəcəyi oyunların vaxtı və yeri açıqlanıb.

Offsideplus.az xəbər verir ki, tərəflər arasında birinci görüş iyulun 23-də İrlandiyanın paytaxtı Dublində olacaq.

"Tolka Park" stadionundakı qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 22:45 çalınacaq.

Cavab matçı isə düz bir həftə sonra - iyulun 30-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlanacaq.