AZ

"Tur de Frans"da İsrail komandasının iştirakına etiraz olundu - VİDEO

BAKI, 17 iyul. TELEQRAF

Nüfuzlu "Tur de Frans" veloyürüşünün Tuluza şəhərində keçirilən 11-ci mərhələsində insident baş verib.

Teleqraf-ın məlumatına görə, finiş öncəsi bir nəfər əlində çalma və əynində "İsrail, turdan rədd ol" yazılı geyimlə əraziyə qaçıb.

Etirazçı finiş xəttinə çata bilməyib - onu finiş xəttinin təhlükəsizliyini təmin edən general komissar Stefan Buri yaxalayıb. O, fəalı hasardan ataraq polislərin onu saxlamasına şərait yaradıb.

Saxlanılan zaman nümayişçi "İsrail turdadır - tur onlara ortaq olur" qışqırıb.

İsraili "Tur de Frans"da kanadalı Maykl Vuds və fransalı Matis Luvelin daxil olduğu "İsrail-Premyer Tex" komandası təmsil edir. Klubda israilli velosipedçi yoxdur.

Seçilən
98
teleqraf.com

1Mənbələr