İyulun 16-da Laçın rayonunun Hoçaz və Mollalar kəndləriətrafında dağlıq ərazidə baş vermiş meşə yanğını ilə bağlıaparılmış araşdırmalar nəticəsində yanğın hadisəsinin ehtiyatsızdavranış nəticəsində törədildiyi müəyyən olunub.
Laçın rayon Sus kənd sakini olan 3 nəfərin dağlıq ərazinin meşəmassivində yandırdıqları ocaq çətin relyefli 14 hektar sahəyəyayılıb.
Faktla bağlı başlanmış cinayət işi üzrə yanğın hadisəsinitörətməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindənsaxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindənərazidə yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlərinicrası davam edir.
Xəbər yenilənəcək