Bakı. Trend:
İraqın Vəsit əyalətinin Əl-Küt şəhərində hipermarketin binasındabaş vermiş yanğınla əlaqədar şəhərdə 3 günlük matəm elanolunub.
Bu barədə Trendölkənin yerli KİV-lərinə istinadən xəbər verir.
Yanğın zamanı ölənlərlə yanaşı 50-ə yaxın insanın yaralandığıbildirilir.
Yerli hüquq mühafizə orqanları insidentlə əlaqədar istintaqabaşlayıb.