AZ

Alla Puqaçova bu ölkədə görüntüləndi: fanatları görün nə etdi

Rusiyanın Xalq artisti Alla Puqaçova Yurmalada (Latviya) gəzinti zamanı onunla foto çəkdirmək istəyən insanlarla görüşüb.

Publika.az xəbər verir ki, sosial şəbəkələrdə yayımlanan fotoda ifaçının parlaq təbəssümü və əla əhval-ruhiyyəsi əks olunub.

Dünyaya ölməz "Milyon ədəd qızıl gül" hiti bəxş edən müğənni hər yayı Yurmalada keçirməyə üstünlük verir. Bu il sənətçi yenidən əri və uşaqları ilə aylıq kirayəsi 100 min avroya başa gələn “Marta” villasında məskunlaşıb. Səkkiz otaqlı geniş ikimərtəbəli malikanə, spa kompleksi və tennis kortu ilə uzun müddətdir ailənin sevimli istirahət məkanına çevrilib. Villa sahilə yaxın ərazidə yerləşir və videomüşahidə sistemi ilə təchiz olunub.

Bir müddət əvvəl 76 yaşlı Puqaçova gəzinti zamanı pərəstişkarları ilə fotosessiyaya razılaşıb. Pərəstişkarları üçün bu, ələdüşməz bir şans idi.

Canlı Korifeyin görünüşü də diqqət mərkəzində olub: Əzəmətli görkəm, ifadəli makiyaj, parik, müasir kofta və cins şalvar.

Seçilən
70
1
publika.az

2Mənbələr