“Sabah” Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündə səfərdə “Çelye” ilə üz-üzə gələcək.
İdmanxeber.az-ın məlumatına görə, qarşılaşma ölkəmizdən canlı yayımlanacaq. Azarkeşlər matçı İTV və Sloveniyanın “STV 1” telekanalından izləyə biləcəklər. Görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Xatırladaq ki, tərəflər arasındakı ilk oyunda Sloveniya klubu 3:2 hesabı ilə qalib gəlib.