AZ

Teyyub Ağayev: Ağdam rayonunun Kəngərli kəndinə qayıtdığımız üçün çox sevinirik VİDEO

Bakı, 17 iyul, AZƏRTAC

Ağdam rayonunun Kəngərli kəndinə qayıtdığımız üçün çox sevinirik, gözəl hisslərimiz var. İnanırıq ki, bundan sonra sülh və əmin-amanlıq şəraitində yaşayacağıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ağdam rayonunun Kəngərli kəndinə köçən sakin Teyyub Ağayev söyləyib.

O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi, müzəffər Ordumuzun şücaəti sayəsində torpaqlarımız işğaldan azad edilib və 30 ildən sonra öz doğma yurdumuza qayıdırıq.

Torpaqlarımızın azadlığı uğrunda mübarizədə canlarından keçən şəhidlərə rəhmət, sağlamlığını itirənlərə şəfa diləyirəm.

Seçilən
36
2
azertag.az

3Mənbələr