AZ

Qutsalyolunböyükoğlu... YUNUSOĞUZ -65

Tanışlığımız ötən əsrin səksəninci illərin sonu, 90-cı illərin əvvəllərindən başlayır. Xalq hərəkatının  qızğın vaxtları idi. Qutsal amalların eyforiyasını yaşayırdıq. Beynəlxalq aləmdə  Azərbaycan dünyanın vətənpərvər xalqı elan olunmuşdu. Həmin dövrdə sovet imperiyasının çöküşünə  obyektiv və subyektiv  baxışlar mövcud idi. Onun isə, uzaqgörənliklə söylədikləri çoxlarına sanki utopiya kimi görünürdü. Yığıncaqlarda bu çöküşün tariixi zərurət olduğunu  təhlilləri ilə əsaslandırmağa çalışırdı. Azadlıq uğrunda mübarizəyə bütöv türk  dünyası açısından baxmağı doğru yol hesab edirdi. Bu qutsal yolda ulus adına böyük çalışmalarda bulundu. Tariximizə ayna tutan tarixi romanları ilə təkcə ölkəmizdə deyil, bütün türk dünyasında tanındı, sevildi. Əsərlərini oxuduqca açıq-aşkar hiss olunurdu ki, müəllif türk dünyasının birlik və bərabərliyinın Qarabağın azadlığından keçdiyinə varlığı kimi inanır. Elə bu inamla da, "Cığır"a düşüb Şuşaya doğru irəlilədi, "Şuşadan yazıram" dedi. Şuşadan alnıaçıq dönən nasir  hazırda "Türk" etnonimi və törələri" başına cəm eləyib, "soy soylayır, boy boylayır",  oğuzların tarixini, dəyərlərini, inanclarını, həyat tərzini əks etdirən mədəni irsini aramaqla sabahımıza ayna tutur.  Canı-qanı, ruhu ilə Oğuz  yurdunun türk oğlu, mətin oğlu kimi qürur duyan Yunus Oğuzun bu il 65 illik yubileyidir. Əziz və dəyərli qardaşımı yubileyi münasibəti ilə təbrik edərək, sağlam canla uzun ömür,  yaradıcılıq uğurları diləyirəm.

Yunus Oğuz, illər ötür,

Gələn yaşdı yaş üstünə.

Dostlarını yenə götür,

Göz üstünə, qaş üstünə.

"Altmış beş"i "yüz" oxşasın,

Ocağını köz oxşasın.

Şanlı bayraq göz oxşasın,

Qaldır yenə baş üsünə.

Ulus üçün ərənləri,

Tanıtdırdın Nuhdan bəri.

İstəmirəm dərdi-səri,

Götürməsən kaş, üstünə.

Oğuz yurdun, Oğuz elin,

Dayanmasın verən əlin.

Çoxdu qoyan zərin-ləlin

Daş altına-daş üstünə.

Ulusundur, ey Türkoğlu,

Bu "Cığır"ın sağı-solu.

Qutladıq ki, hər iyulu,

İllər gələ xoş, üstünə!

İLQAR TÜRKOĞLU

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
42
olaylar.az

1Mənbələr