İraqda Əl-Kut şəhərində ticarət mərkəzində baş vermiş güclü yanğında həlak olanların xatirəsinə ölkədə üçgünlük matəm elan edilib.
Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Vasit əyalətinin qubernatoru Məhəmməd Cəmil əl-Maya özünün sosial şəbəkə hesabında paylaşım edib.
"Əl-Kut şəhərində yerləşən ticarət mərkəzində baş vermiş faciəli yanğında həyatını itirənlərin xatirəsini yad etmək üçün üçgünlük matəm elan edirik. Günahsız qurbanların ailələrini əmin edirik ki, bu insidentdə birbaşa və ya dolayısı ilə əli olanlara qarşı yumşaq davranmayacağıq. İlkin araşdırmanın nəticələrini 48 saat ərzində dərc edəcəyik. Biz həmçinin binanın sahibinə, ticarət mərkəzinin sahibinə və bu işdə əli olan hər kəsə qarşı məhkəmədə iddia qaldırdıq", - deyə o bildirib.
Qeyd edək ki, ilkin məlumata görə, yanğında azı 50 nəfərin öldüyü bildirilir.