İngiltərə millisinin və “Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer PSJ-yə keçə bilər.
“Qafqazinfo” bu barədə “Fichajes” nəşrinə istinadən xəbər verir.
Mənbə yazır ki, 23 yaşlı ingilisin transferi üçün Paris klubunun rəhbərliyi 250 milyon avro ödəməyə hazırdır.
Məlumata görə, ingilis futbolçu klublararası dünya çempionatının finalındakı çıxışı ilə PSJ-nin diqqətini çəkib. Belə ki, yarımmüdafiəçi fransa təmsilçisinin qapısından iki qol keçirib və 1 qolun ötürməsini edib.
Palmer 2023-cü ildə 47 milyon avroya “Mançester Siti”dən “Çelsi”yə keçib və 2033-cü ilin iyun ayına qədər müqavilə imzalayıb.
Qeyd edək ki, hazırda futbol tarixində ən bahalı transfer yenə PSJ-yə məxsusdur. Belə ki, 2017-ci ildə Paris klubu braziliyalı Neymarın “Barselona”dan transferi üçün 222 milyon avro ödəmişdi.
"Cebheinfo.az"